Əsas məzmuna keç

Adil Kərimli: Kitabxana şəbəkəsi tələbatın 35 faizini ödəyir

Adil Kərimli: Kitabxana şəbəkəsi tələbatın 35 faizini ödəyir

Mədəniyyət naziri Adil Kərimli Milli Məclisdəki müzakirədə kitabxana infrastrukturunun çatışmazlıqlarını açıqladı: 95 faizli əlçatanlıq hədəfi necə reallaşacaq?

en ru

Kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın naziri Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, bu gün Mədəniyyət Nazirliyi bütün ölkə vətəndaşlarının, eyni zamanda, ölkəyə gələn qonaqların, xarici vətəndaşların kitaba əlçatanlığının təmin edilməsini əsas hədəf kimi qarşısına qoyub:

"Bu hədəfə çatmaq üçün kitabxananın xidmət şəbəkəsi sistemi, yerləşməsi formalaşdırılır. Düzdür, hazırda infrastruktur baxımından kifayət qədər bina var. Amma onlar bu sahədə tələbatı tam təmin edə bilirmi? Xeyr, ərazi baxımından lokallaşması, yerləşməsi prinsipini əsas götürsək, təsisatlar bütövlükdə bu sahədəki tələbatın 35 faizini yerinə yetirə bilir".

Nazir ölkə əhalisinin 95 faizinin kitabxanaya əlçatanlığını təmin etməyi hədəflədiklərini də söyləyib:

"Gələcək hədəfimiz 100 faiz kitabxanaya əlçatanlığı təmin etməkdir . Bir sözlə, Bakıdakı universitetlərdəki əlçatanlıq regionalardakı universitetlərdə də eyni olmalıdır".

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…