AÇG və “Şahdəniz”dən indiyədək 390 mlrd. kubmetr qaz hasil olunub

AÇG və “Şahdəniz”dən indiyədək 390 mlrd. kubmetr qaz hasil olunub
13.02.2023 12:37
Aa
dəq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2023-cü il tarixinədək buradan 389,6 mlrd. kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən "Operativ Məlumat Mərkəzi- OMM”-ə verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 204,6 mlrd. kubmetr, “Şahdəniz”dən isə 185 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 mlrd. kubmetrə yaxın həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, 2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 1,1 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 mmlrd. kubmetri “Şahdəniz”dən, 0,8 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 mln. kubmetr artımla qaz hasil edilib.

Həftənin ən çox oxunanları

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
DAVAMIN OXU davamın oxu

Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb
DAVAMIN OXU davamın oxu