Operativ Məlumat Mərkəzi

Abubakar zədələnib

1 dəq
Paylaş:
Abubakar zədələnib
Afrika Kuboku öncəsi hazırlıqlarını davam etdirən Kamerun millisinin ulduzu axşam məşqi zamanı zədə alıb.  Mətbuatda çıxan xəbərlərə əsasən, futbolçunun...

"Beşiktaş"ın heyətindən uzaqlaşdırılan və transfer edilməsi gözlənilən Vinsent Abubakar zədələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadla xəbər verir ki, Afrika Kuboku öncəsi hazırlıqlarını davam etdirən Kamerun millisinin ulduzu axşam məşqi zamanı zədə alıb.

Mətbuatda çıxan xəbərlərə əsasən, futbolçunun zədəsinin ciddi olduğu bildirilib.

Bu səbəblə, kamerunlu hücumçunun Afrika Kubokunu buraxması gözlənilir.

Qeyd edək ki, dekabrın 9-da "Fənərbaxça" ilə qarşılaşmadan sonra heyətdən uzaqlaşdırılan və meydana çıxmaq şansı olmayan 30 yaşlı hücumçu bu mövsüm "Beşiktaş"ın heyətində 22 matçda 11 qol, 3 ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər