Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxsə cinayət işi açılıb

Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxsə cinayət işi açılıb
03.07.2023 22:10
Aa
dəq

Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrində 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxsə cinayət işi açılıb.

Abşeron rayon Prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM" verilən məlumata görə, iyulun 3-ü, saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.

Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir. Nəticə barədə əlavə məlumat veriləcək.

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu