“Abşeron” qaz-kondensat yatağında hasilata başlanılıb

“Abşeron” qaz-kondensat yatağında hasilata başlanılıb
10.07.2023 11:49
Aa
dəq

Fransanın “TotalEnergies” şirkəti SOCAR dövlət neft şirkəti ilə birgə Xəzər dənizində, Bakıdan təqribən 100 km cənub-şərqdə yerləşən Abşeron qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilata başlandığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “TotalEnergies”ə istinadən verdiyi məlumata görə, gündəlik hasilat gücü sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qaz Azərbaycanın daxili bazarında satılacaq.

Qeyd olunub ki, “Abşeron” yatağının işlənməsi artan tələbatı ödəmək üçün əlavə qaz tədarükünü təmin edir.

Məlumata görə, JOCAP birgə şirkəti tərəfindən idarə olunan layihədə “TotalEnergies” və SOCAR bərabər 50% paya malikdirlər.

“Kəşfiyyat qrupumuzun uğurlu fəaliyyəti nəticəsində Abşeron qaz yatağının işə salındığını elan etməkdən çox məmnunuq. Bu layihə şirkətin artan qaz tələbatını ödəmək strategiyasına uyğundur və SOCAR ilə tərəfdaşlığımızı gücləndirir”, - “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz bildirib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu