Operativ Məlumat Mərkəzi

ABŞ yeni müharibəyə hazırlaşır - HƏDƏF...

2 dəq
Paylaş:
ABŞ yeni müharibəyə hazırlaşır - HƏDƏF...
bu barədə The New York Times məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ və Çin arasında müharibə ehtimalı artır. Qəzet hazırda Amerika ordusunun böyük və...

ABŞ ordusu Ukrayna münaqişəsi təcrübəsini öyrənərək Çinlə mümkün müharibəyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və Çin arasında müharibə ehtimalı artır. Qəzet hazırda Amerika ordusunun böyük və yöndəmsiz olduğunu vurğulayır.

Üstəlik, son iki onillikdə o, ilk növbədə Yaxın Şərqdəki münaqişələrdə iştirak edib. Bununla belə, ABŞ-ın Yaxın Şərqdəki rəqiblərindən fərqli olaraq, Çinin peykləri var və onların sayəsində Çin ordusu potensial düşmənin birləşmələrini uğurla izləyə bilir.

NYT yazır ki, ABŞ prezidenti postuna namizədlər respublikaçı Donald Tramp və demokrat Kamala Harris Ukrayna münaqişəsinə fərqli yanaşacaqlar. Bununla belə, hər ikisi Çinlə mümkün müharibəyə hazırlaşmaq üçün səylərini artıracaq.

Qəzet yazır ki, Havayda keçirilən təlimlər Sakit okeanda mümkün münaqişəyə hazırlığa həsr olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər