Operativ Məlumat Mərkəzi

ABŞ, Yaponiya və Filippin təlim keçirib

2 dəq
Paylaş:
ABŞ, Yaponiya və Filippin təlim keçirib
rəsmi Vaşqinton Pekinlə rəqabət fonunda Asiyada ittifaqı gücləndirməyə çalışır. Təlimlər zamanı şərti kütləvi qırğın silahı qaçaqmaçılarına qarşı bir...

Amerika Birləşmiş Ştatları, Yaponiya və Filippin donanması Çinlə mübahisəli Cənubi Çin Dənizi sularına yaxın ərazidə təlimlər keçiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Vaşqinton Pekinlə rəqabət fonunda Asiyada ittifaqı gücləndirməyə çalışır.

Təlimlər zamanı şərti kütləvi qırğın silahı qaçaqmaçılarına qarşı bir sıra ssenarilər üzrə əməliyyatlar icra olunub.

Əməliyyatda Amerika donanması özünün ən təkmilləşmiş xüsusi təyinatlı gəmisi “Stratton”dan isifadə edib.

Filippin rəhbərliyi bu cür birgə təlimlərin heç bir ölkəyə qarşı yönəlmədiyini bildirsə də, Çin hökuməti qarşı tərəfin hərbi fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.

Rəsmi Pekin bildirib ki, Amerikanın Asiyaya tez-tez təhlükəsizliklə bağlı qoşun cəlb etməsi onun milli maraqlarını və regional sabitliyin təməlini sarsıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər