Operativ Məlumat Mərkəzi

Kanadada meşə yanğınları şiddətlənir

2 dəq
Paylaş:
Kanadada meşə yanğınları şiddətlənir
yanğınlar demək olar ki, kanadanın bütün əyalətlərinqə qeydə alınıb və avqust ayında yanğınların sayının artması riski yüksəkdir. Ölkə rəsmilərinin...

Kanada hökuməti ölkədə baş verən meşə yanğınlarının daha da şiddətlənəcəyini və yayın sonuna qədər davam edəcəyini proqnozlaşıdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yanğınlar demək olar ki, kanadanın bütün əyalətlərinqə qeydə alınıb və avqust ayında yanğınların sayının artması riski yüksəkdir.

Ölkə rəsmilərinin sözlərinə görə, yanğınların ölkənin bir sahilindən digər sahilinə qədər yayılması qeyri-adi haldır.

Kanadada yanğınlardan ən çox təsirlənən hissə isə, ölkənin şərqində yerləşən Quebec bölgəsi hesab edilir.

Bəzi yerlərdə mədənçilik işlər dayandırılıb.

3.3 milyon hektarlıq ərazi yanıb. 120 000 insan müvəqqəti olaraq təxliyə edilib. Evlər yanıb, neft və qaz sektorunun fəaliyyətinə ciddi ziyan dəyib. Havanın çirklənməsi hətta Amerika Birləşmiş Ştatlarına da təsir edib. Hazırda Kanadada 413 aktiv yanğın var, bunlarda 249-u hələ də nəzarət altına alınmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər