Operativ Məlumat Mərkəzi

ABŞ və Rusiya məhbusların mübadiləsini müzakirə edib

1 dəq
Paylaş:
ABŞ və Rusiya məhbusların mübadiləsini müzakirə edib

Moskva və Vaşinqton məhbusların mübadiləsi barədə ABŞ vətəndaşları olan Evan Qerşkoviç və Pol Uilanın geri qaytarılması ilə bağlı məsələləri fəal şəkildə müzakirə etməkdə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.

Rusiya prezidenti Vladimir Putinin sözlərini şərh edən Kirbi deyib: “O haqlıdır ki, biz Moskva ilə Evan və Polun aid olduqları yerə qaytarılması ilə bağlı danışıqlarımızı davam etdiririk və bu danışıqlar fəal şəkildə davam edir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər