Əsas məzmuna keç

ABŞ və Özbəkistan kritik minerallar üzrə strateji saziş imzalayıb

ABŞ və Özbəkistan kritik minerallar üzrə strateji saziş imzalayıb

Vaşinqton və Daşkənd mühüm təbii ehtiyatların tədarük zəncirində Çinin üstünlüyünü zəiflətmək üçün əməkdaşlıq edəcək.

en ru

ABŞ hökuməti Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsi Özbəkistanla kritik minerallara çıxışı təmin etmək məqsədilə mühüm saziş imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti tərəfindən dəstəklənən bu addım mühüm resurslar və onların zəncirlərində Çinin dominantlığına qarşı yönəlib.

ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) tərəfindən təsis edilən "Birgə İnvestisiya Çərçivəsi" iki ölkə arasında strateji əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Sənədə əsasən, investisiyalar dəyər zəncirinin bütün mərhələlərini əhatə edəcək.

Bundan əlavə, plan gələcək mineral və infrastruktur layihələri üçün yeni "Birgə İnvestisiya Holdinq Şirkəti"nin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, qızıl, uran və mis ehtiyatlarına görə dünyada önəmli yer tutur, həmçinin ölkədə hələ istifadə olunmamış zəngin litium və volfram yataqları mövcuddur.

Bu pakt ABŞ-nin ənənəvi olaraq Rusiya və Çinin təsir dairəsində olan Mərkəzi Asiyada öz nüfuzunu artırmaq strategiyasının tərkib hissəsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fevralın 19-da Vaşinqtonda keçirilən "Board of Peace" (Sülh Şurası) iclasında iştirak edərək iqtisadi islahatların və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

DFC bəyan edib ki, yeni çərçivə sazişi ümumi iqtisadi maraqları təşviq edəcək və strateji sektorlara birgə qoyuluşunu stimullaşdıracaq. Təşkilat artıq Ukrayna və bir neçə Afrika ölkəsində oxşar mineral layihələrinə rəhbərlik edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…