Əsas məzmuna keç

ABŞ və İran atəşkəs elan etdi: Dünya ölkələri dəstəkləyir

ABŞ və İran atəşkəs elan etdi: Dünya ölkələri dəstəkləyir

Donald Trampın 2 həftəlik sülh qərarına Türkiyə və Britaniyadan reaksiyalar. Kir Starmerin Fars körfəzi səfəri və Vaşinqtonun diplomatik gedişinin detalları.

en ru

Bir sıra ölkələr ABŞ və İran arasında atəşkəsi alqışlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Misir, İraq, Yaponiya, İndoneziya, Malayziya, Oman, , Avstraliya və Yeni Zelandiya iki razılaşmanı müsbət qiymətləndirib.

Misir XİN bildirib ki, bölgədə sabitlik üçün Pakistan və ilə səylər davam etdiriləcək.

Yeni Zelandiyanın XİN rəhbəri Uinston Peters isə atəşkəsi ümidverici adlandırsa da, davamlı sülh üçün daha çox iş görülməli olduğunu deyib.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin atəşkəsi dəstəkləmək üçün Fars körfəzinə səfər edəcəyi bildirilib.

O qeyd edib ki, bu razılaşma bölgəyə müəyyən rahatlıq gətirsə də, uzunmüddətli olmalıdır.

Ukraynanın XİN rəhbəri Andrey Sibixa Vaşinqtonu Ukrayna müharibəsində də eyni qətiyyət göstərməyə çağırıb.

Almaniya kansleri Fridrix Mertz isə diplomatik yollarla uzunmüddətli atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp İranla iki həftəlik elan edib və danışıqların başlanacağını açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…