Operativ Məlumat Mərkəzi

ABŞ Ukraynaya yeni yardım paketi elan edəcək

1 dəq
Paylaş:
ABŞ Ukraynaya yeni yardım paketi elan edəcək
bu barədə "RİA Novosti" məlumat yayıb. “Cəmi 10 gün əvvəl biz hərbi yardımın yeni raundunu elan etdik. Daha çoxu yaxın həftələrdə gələcək”, - deyə o...

Ukraynaya verilən dəstəyi şərh edən Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə bildirib ki, ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketi elan etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Cəmi 10 gün əvvəl biz hərbi yardımın yeni raundunu elan etdik. Daha çoxu yaxın həftələrdə gələcək”, - deyə o bildirib.

Avqustun 23-də Ağ Evin mətbuat xidməti ABŞ-ın Ukraynaya yeni silah paketi göndərəcəyini bildirib. Buraya hava hücumundan müdafiə üçün raketlər, dron və tank əleyhinə silahlar və mərmilər daxil olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər