Operativ Məlumat Mərkəzi

ABŞ Ukraynaya silah transferi müqabilində Yunanıstana maliyyə yardımı təklif edib

2 dəq
Paylaş:
ABŞ Ukraynaya silah transferi müqabilində Yunanıstana maliyyə yardımı təklif edib

ABŞ dövlət katibi Antoni Blinken təklif edib ki, Yunanıstan rəsmiləri silahlarını Ukraynaya ötürsələr və ya satsalar, Vaşinqton bunun müqabilində Afinaya 200 milyon dollar əlavə yardım ayırmaq imkanını nəzərdən keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu onun Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə yazdığı məktub sübut edir, mətni amerikalı rəsminin mətbuat xidməti dərc edib.

Məktubda Blinken Mitsotakisə ABŞ diplomatik xidmətinin Yunanıstanla F-35 təyyarələrinin satışı ilə bağlı hipotetik razılaşmanı təsdiqlədiyini bildirib. Üstəlik, ümumi dəyəri 8,9 milyard dollar olan Afinaya hərbi texnikanın mümkün transferinə etiraz etmir.

Eyni zamanda, dövlət katibi Amerika rəhbərliyinin hələ də Yunanıstanın müdafiə potensialı ilə maraqlandığını vurğulayıb. Söhbət konkret olaraq Kiyevə yardım göstərmək imkanından gedir.

“Əgər bu imkanlar Ukraynaya aid olarsa və ABŞ hökuməti tərəfindən nəzərdən keçirilsə, biz Yunanıstana 200 milyon dollara qədər əlavə FMF (xarici hərbi maliyyələşdirmə) vəsaitinin verilməsi imkanını araşdıra bilərik”,- deyə Blinken əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər