Operativ Məlumat Mərkəzi

ABŞ Ukraynaya görə digər ölkələrdən Patriot sistemləri sifarişini dayandıracaq

2 dəq
Paylaş:
ABŞ Ukraynaya görə digər ölkələrdən Patriot sistemləri sifarişini dayandıracaq
bu barədə “Financial Times” mənbələrə istinadən yazır. “ABŞ hökuməti “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərə dair bütün açıq...

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərini Ukraynaya yönləndirmək üçün digər ölkələrdən gələn tədarük sifarişlərini dayandırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazır.

“ABŞ hökuməti “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərə dair bütün açıq sifarişləri Ukraynanın Rusiyanın hava zərbələrindən müdafiə etmək üçün adekvat vasitələri olana qədər dayandırmağı planlaşdırır”, - deyə nəşr yazır.

Nəşr bildirib ki, ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə əlavə hava hücumundan müdafiə sistemləri tədarük etmək öhdəliyini elan edib.

Mənbələrə görə, Ağ Evin bu qərarı Baydenin Kiyevə bağlılığını gücləndirəcək və Ukraynaya hava hücumundan müdafiə sistemləri almağa imkan verəcək.

"Financial Times"ın məlumatına görə, Polşa, Rumıniya və Almaniya sifariş verdikləri "Patriot" sistemlərini hələ də almayan Avropa ölkələri arasındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər