Amerika Birləşmiş Ştatları Ukraynaya 175 milyon dollarlıq silah və texnika yardımı edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Müdafiyə Nazirliyi açıqlama verib.
“Bu paketə əlavə hava hücumundan müdafiə imkanları, artilleriya sursatları, tank əleyhinə silahlar və Ukraynaya Rusiyanın davam edən təcavüzkar müharibəsinə qarşı durmağa kömək edəcək digər avadanlıqlar daxildir”,- deyə açıqlamada qeyd olunub.
Silah və texnika yardım paketi ilə bağlı açıqlama verən Ukrayna Müdafiə Nazirliyi, “ABŞ Ukrayna üçün 175 milyon dollar dəyərində yeni silah və avadanlıq paketi açıqladı. Sarsılmaz dəstəyinizə görə minnətdarıq. Bu, Silahlı Qüvvələr Günündə döyüşçülərimiz üçün böyük bayramdır",- deyə öz təşəkkürünü bildirib.