Operativ Məlumat Mərkəzi

ABŞ: “Ukrayna ilə bağlı dərhal danışıqlar aparılmalıdır”

1 dəq
Paylaş:
ABŞ: “Ukrayna ilə bağlı dərhal danışıqlar aparılmalıdır”

Birləşmiş Ştatlar Ukrayna ilə bağlı Rusiya ilə sülh danışıqlarına hər an başlamalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ prezidentliyinə müstəqil namizəd olan Robert Kennedi bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Mən hazırda həqiqi sülh danışıqlarına çağırıram”, - deyə o, Rusiya prezidenti Vladimir Putinin “bunu istədiyini” vurğulayaraq, ABŞ-ın münaqişənin diplomatik yolla həllini ciddi şəkildə nəzərdən keçirməli olduğunu bildirib.

Amerikalı siyasətçi qlobal münaqişənin eskalasiya riskinə diqqət çəkərək ABŞ hakimiyyətindən Ukraynaya pul ayırmağı dayandırmağı tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər