Əsas məzmuna keç

ABŞ səfiri xanımı ilə Gəncədə - FOTO

ABŞ səfiri xanımı ilə Gəncədə - FOTO

ABŞ-nin Azərbaycandakı səfiri Gəncəyə səfəri çərçivəsində şəhərin bir sıra görməli yerlərini ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səfirliyinin feysbuk hesabında paylaşım edilib.

“Gəncənin ən ecazkar yerlərini, o cümlədən Nizami Gəncəvi, İmamzadə və Cavad Xan məqbərələrini, Xan Bağını, Şah Abbas məscidini və unikal Şüşə Ev Muzeyini görmək inanılmaz bir təcrübə idi. Bunlarla tanışlıq bizə Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında daha çox məlumat verdi. Həqiqətən də, unudulmaz təəssüratlar yaşadıq!” – deyə paylaşımda səfirin sözləri qeyd olunub.

Səfərdə amerikalı diplomatı həyat yoldaşı Danusia müşayiət edib. Paylaşımda səfir və həyat yoldaşının Gəncədən fotoları da yer alıb.

Xatırladaq ki, dekabrın 3-də Mark Libbi diplomatik xidmətdən istefa verdiyini açıqlayıb. ABŞ Səfirliyinin yaydığı bəyanatda onun 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağı qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…