ABŞ qoşunlarını Suriyadan tam çıxarılması imkanını ciddi şəkildə nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı Dövlət Departamenti və Pentaqondakı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, ABŞ prezident administrasiyası Suriyada missiyanı artıq lazım görmür və hələ yekun qərar verməsə də, qoşunların ölkədən çıxarılmasının vaxtı və üsullarını müzakirə edir.
Mənbələr jurnalistlərə bildiriblər ki, ABŞ-ın geri çəkilmə variantlarından biri Suriya hakimiyyəti ilə Suriya Demokratik Qüvvələri (SDQ) təşkilatına bağlı kürdlər arasında İŞİD yaraqlılarına (Rusiyada qadağan olunmuş təşkilat) qarşı razılıq əldə etməkdir. Nəşr bu tərəflər arasında böyük fikir ayrılıqlarına görə belə bir ittifaqın mümkün olmadığını hesab edir.
Materialın müəllifləri Amerika qoşunlarının mümkün çıxarılmasının ölkədə xaosa səbəb olacağını düşünürlər, lakin iddia edirlər ki, ABŞ rəhbərliyi bu addımı qaçılmaz hesab edir.
Pentaqon FP nəşrinin tezislərini təkzib edib və ABŞ qoşunlarının Suriyadan mümkün çıxarılması ilə bağlı mediada yayılan məlumatın səhv olduğunu bildirib.