ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi "X" sosial şəbəkəsindəki səhifəsində ABŞ-ı inqilabın gözlədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bundan əvvəl Kennedi bəyan etmişdi ki, Demokratlar Partiyasından ən yüksək hökumət postuna yeni namizəd açıq səsvermə yolu ilə seçilməlidir.
Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Trampın seçkilərdə dəstək qarşılığında Kennediyə administrasiyasında vəzifə təklif etdiyi də öyrənilib.
Kennedi Trampla danışdığını təsdiqləyib, lakin söhbətin məzmununu açıqlamayıb.
Kennedi əvvəlcə Demokrat Partiyasından namizədliyini irəli sürməyi planlaşdırırdı, lakin 2023-cü ilin payızında müstəqil namizəd kimi iştirak etmək qərarını açıqladı.
Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək.