ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat veriib.
Danışıq zamanı iki lider regional və qlobal problemlərin həlli üçün birgə işləməyə sadiq olduqlarını bəyan ediblər.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək əzmində olduqlarını vurğulayan liderlər daha dinc, təhlükəsiz, firavan və sabit Yaxın Şərq regionu üçün ortaq baxışlarını inkişaf etdirməyi də müzakirə ediblər.