ABŞ-nin ticarət naziri Hovard Lütnik amerikalı milyarder Ceffri Epşteynin şəxsi adasına ailəvi səfər etdiyini etiraf edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The New York Times" (NYT) nəşri yayıb.
Məlumata görə, ABŞ Senatındakı dinləmələr zamanı Lütnik Epşteynlə münasibətlərini kəsdiyini iddia etdiyi dövrdən illər sonra onunla görüşdüyünü təsdiqləyib.
Nazir bildirib ki, 2012-ci ildə yaxta ilə ailəvi istirahət zamanı həyat yoldaşı, uşaqları və dayələri ilə birlikdə qalmaqallı maliyyəçinin adasında nahar ediblər.
Sözügedən səfərin zamanı xüsusi diqqət çəkir. Belə ki, bu görüş Epşteynin azyaşlıları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək federal prokurorlarla razılığa gəlməsindən dörd il sonra baş tutub. Xatırladaq ki, maliyyəçi 2008-ci ildə rəsmən təqsirli bilinmişdi.