ABŞ-nin Tennessi ştatında yerləşən Y-12 Daxili Təhlükəsizlik Mərkəzində yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mərkəzin mətbuat xidməti "Twitter"də məlumat yayıb.
Yanğın istehsalat sexlərindən birində olub. İşçi heyəti təxliyə edilib. Yanğın fövqəladə hallar xidmətlərinin dəstəyi ilə tam söndürülüb. Ölən və yaralananlar olmayıb. Radiasiya emissiyaları da qeydə alınmayıb.
Xatırladaq ki, Y-12 milli təhlükəsizlik kompleksi ABŞ-nin “Manhetten layihəsi” nüvə silahı proqramının bir hissəsi kimi yaradılıb. Kompleksin sexlərində nüvə silahı üçün komponentlər hazırlanır. ABŞ-ın zənginləşdirilmiş uran ehtiyatının əsas hissəsi də burada saxlanılır.