2025-ci il dekabrın 23-də Venesuela ətrafındakı böhranı həll etmək üçün ABŞ hakimiyyəti prezident Nikolas Maduroya vəzifəsini tərk edərək Türkiyəyə getməyi təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu haqda “The New York Times” məlumat yayıb.
Danışıqların uğursuzluğu Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən yanvarın 3-də ələ keçirilməsinə səbəb olub. NYT yazır ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 25-də Karakasda əməliyyata icazə verib.