Operativ Məlumat Mərkəzi

ABŞ İsrailin Qəzzadan qoşunlarının bir hissəsini çıxarmaq barədə razılığa gəldiyini açıqlayıb

1 dəq
Paylaş:
ABŞ İsrailin Qəzzadan qoşunlarının bir hissəsini çıxarmaq barədə razılığa gəldiyini açıqlayıb
bu barədə TASS məlumat yayıb. Məlumata görə, İsraillə Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı arasında imzalanan atəşkəs sazişində bir çox...

ABŞ dövlət katibi Antoni Blinken İsrailin Qəzza zolağından çoxlu sayda İsrail Müdafiə Qüvvələrinin çıxarılmasına razılıq verdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, İsraillə Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı arasında imzalanan atəşkəs sazişində bir çox İsrail bölmələrinin bölgədən çıxarılması ilə bağlı maddə yer alıb.

Blinken, ABŞ-ın İsrail əsgərləri tərəfindən Qəzzanın uzunmüddətli işğalını qəbul etmədiyini vurğulayıb.

Xarici işlər naziri, "müqavilədə İsrail əsgərlərinin Qəzzadan çıxacağı tarix və yerlər açıq şəkildə göstərilib və İsrail bunu qəbul edib",- deyə bildirib.

Blinken əlavə edib ki, o, razılaşmanın şərtlərini şəxsən İsrailin baş naziri Binyamin Netanyahudan alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər