Operativ Məlumat Mərkəzi

İranda pakistanlıları daşıyan avtobusun aşması nəticəsində 28 nəfər ölüb

1 dəq
Paylaş:
İranda pakistanlıları daşıyan avtobusun aşması nəticəsində 28 nəfər ölüb
bu barədə İran dövlət televiziyası məlumat yayıb. Avtobusun aşması nəticəsində 28 pakistanlı həyatını itirib, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb. Yəzd...

İranın Yəzd əyalətinin Dehşir-Teft magistralında pakistanlıları daşıyan avtobus aşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Avtobusun aşması nəticəsində 28 pakistanlı həyatını itirib, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb.

Yəzd vilayətinin avtomobil yol polisinin rəhbəri Hacı Dehabadi bildirib ki, ekspertlərin ilkin araşdırmalarına görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.

Bildirilib ki, avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün İrana daxil olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər