Əsas məzmuna keç

ABŞ-İsrail hücumları: 69 məktəblinin kimliyi bilinmir

ABŞ-İsrail hücumları: 69 məktəblinin kimliyi bilinmir

İranın Minab şəhərindəki qızlar məktəbinə hərbi zərbələr nəticəsində 168 uşaq həlak olub. Hüseyn Sadeqi DNT testləri ilə bağlı dəhşətli detalları açıqladı.

en ru

İranın cənubunda yerləşən məktəbə hücum zamanı həlak olan şagirdlərlə bağlı yeni məlumat açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, "Tasnim News Agency"nin məlumatına görə, Minab şəhərində yerləşən “Şəcərə Təyyəbə” ibtidai məktəbinə ABŞ-İsrail hava hücumları nəticəsində həyatını itirən 168 şagirddən 99-nun şəxsiyyəti tam müəyyən edilib və ictimaiyyətə açıqlanıb. Daha 69 şagirdin isə şəxsiyyəti hələ təsdiqlənməyib.

Məlumata görə, bunu İran Təhsil Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Sadeqi bildirib. Onun sözlərinə görə, itkin düşmüş şagirdlərin kimliyinin dəqiqləşdirilməsi üçün ailələrdən DNT nümunələri təqdim etmələri tələb olunur.

Bildirilir ki, Minabdakı qızlar üçün nəzərdə tutulmuş ibtidai məktəb 28 fevral 2026-cı ildə və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları zamanı vurulub. İran rəsmiləri və dövlət mediası hadisəni pisləyərək hücum nəticəsində 168 uşağın həlak olduğunu, onlarla şagirdin isə yaralandığını açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…