Operativ Məlumat Mərkəzi

ABŞ: “İsrail HƏMAS liderini "təsadüfən" aradan götürüb”

1 dəq
Paylaş:
ABŞ: “İsrail HƏMAS liderini "təsadüfən" aradan götürüb”

İsrail əsgərləri Qəzza zolağının cənubunda HƏMAS lideri Yəhya Sinvarı məhv edə biləcəklərini gözləmirdilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

“Yəhya Sinvar İsrailin Qəzza zolağındakı hərbi kampaniyasının əsas hədəflərindən biri olsa da, əsgərlər onunla qarşılaşacaqlarını gözləmirdilər”, - nəşr yazır.

Qeyd olunub ki, İsrail əsgərləri Qəzza zolağının cənubunda "müntəzəm patrul" çərçivəsində HƏMAS döyüşçüləri ilə toqquşmaya başlayıb.

NYT yazır ki, israillilər pilotsuz uçuş aparatlarının dəstəyi ilə çoxlu silahlının sığındığı binanın bir hissəsini məhv ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər