Birləşmiş Ştatlar İrandakı hədəflərə qarşı hava zərbələri endirməyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı nüfuzlu “New York Times” nəşri ABŞ-nin rəsmi şəxslərinə istinadən yayıb.
Mənbənin bildirdiyinə görə, hərbi əməliyyatlar artıq icra olunmaqdadır.
Hələlik zərbələrin miqyası, hədəf alınan konkret nöqtələr və itkilər barədə rəsmi təfərrüatlar açıqlanmayıb.
Qeyd olunur ki, bu addım regionda artan gərginlik fonunda atılan növbəti kəskin addımdır.