Əsas məzmuna keç

"ABŞ-İran atəşkəsinin pozulması qlobal tənəzzül riski yaradır" - Türkiyə naziri

"ABŞ-İran atəşkəsinin pozulması qlobal tənəzzül riski yaradır" - Türkiyə naziri

Mehmet Şimşək Habertürk TV-də neft, qaz və inflyasiya təhlükəsindən danışdı. Nazir iqtisadi böhranın qarşısını almaq üçün vacib şərtləri açıqladı. Ətraflı burada:

en ru

Türkiyənin maliyyə naziri bildirib ki, ABŞ və İran arasında iki həftəlik atəşkəsin pozulması qlobal yaradır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir bu barədə "Habertürk TV"yə müsahibəsində danışıb.

Şimşək qeyd edib: "Qlobal iqtisadiyyat hazırda İkinci Dünya Müharibəsindən bəri ən güclü şok yaşayır. ABŞ və İranın müvəqqəti atəşkəs qərarı alqışlanır, lakin hazırkı formada qalsa belə, təchizat zəncirlərinin müharibədən əvvəlki səviyyəyə qaytarılması ən optimist ssenarilərdə belə aylarla çəkəcək".

Nazir əlavə edib ki, "əgər bu şok davam edərsə və atəşkəs pozularsa, neft, təbii qaz və əmtəə qiymətləri yenidən artacaq. Bu da iqtisadi artımın yavaşlamasına, daha yüksək inflyasiyaya və qlobal tənəzzül riskinə səbəb olacaq".

Şimşək sonda ümid edib ki, atəşkəs qüvvədə qalacaq və yekun razılaşması əldə olunacaq: "Bu halda qlobal iqtisadiyyatla bağlı gözləntilər yaxşılaşacaq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…