Əsas məzmuna keç

ABŞ-nin Baş Qərargahlar rəisi Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmır

ABŞ-nin Baş Qərargahlar rəisi Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmır

bu barədə amerikalı general "Defence One" ilə müsahibəsində danışıb. "Mən düşünmürəm ki, bu, bu il üçün həyata keçirilə bilər. Prezident Zelenski...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ Silahlı Qüvvələri Baş Qərargahlar rəisi general Milli deyib ki, çətin ki, bu il bütün qüvvələrini öz ərazisindən çıxarsın.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə amerikalı general "Defence One" ilə müsahibəsində danışıb.

"Mən düşünmürəm ki, bu, bu il üçün həyata keçirilə bilər. Zelenski dəfələrlə açıq şəkildə bəyan edib ki, Ukraynanın məqsədi hər bir rusiyalı hərbçini Rusiyanın etdiyi Ukrayna ərazilərindən qovmaqdır və bu, mühüm hərbi vəzifədir. Çox, çox çətin hərbi tapşırıqdır. Siz hələ də Rusiya tərəfindən işğal olunmuş Ukraynada bir neçə yüz min hərbçinin olduğunu görürük".

General Ukraynanın öz ərazilərini bu il tam azad edə biləcəyinin müqmkünsüz olmadığını da əlavə edib.

"Mən demirəm ki, bunu etmək mümükün deyil, sadəcə deyirəm ki, bu, çox çətin işdir. Amma bu, onların məqsədidir və şübhəsiz ki, onların buna haqqı var, bu onların ölkəsidir. Və ukraynalıların bununla bağlı inamı, əhaval-ruhiyyəsi güclüdür", - Mark Malli vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…