Operativ Məlumat Mərkəzi

ABŞ-ın Arizona ştatında 8265 hektar ərazi yanıb

1 dəq
Paylaş:
ABŞ-ın Arizona ştatında 8265 hektar ərazi yanıb
bu barədə Arizona Meşə və Yanğın İdarəsi Departamentinin "X" hesabı məlumat yayıb. Bölgədəki havanın quruluğu və rütubətin aşağı olması səbəbindən...

ABŞ-ın Arizona ştatında mayın 13-dən bəri davam edən meşə yanğınları 8265 hektar ərazinin yanmasına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Arizona Meşə və Yanğın İdarəsi Departamentinin "X" hesabı məlumat yayıb.

Bölgədəki havanın quruluğu və rütubətin aşağı olması səbəbindən səlahiyyətlilər "qırmızı bayraq" xəbərdarlığı edib.

Açıqlamada yanğınların söndürülməsi üçün 700-dən çox canlı qüvvənin ayrıldığı və yanğından zərər çəkmiş ərazinin 38 faizinin nəzarət altına alındığı vurğulanıb.

Səlahiyyətlilər yanğınların səbəbləri ilə bağlı araşdırmalarını davam etdirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər