Əsas məzmuna keç

"ABŞ ilə aviasiya sahəsində əməkdaşlığın bərpası istisna edilmir"

"ABŞ ilə  aviasiya sahəsində əməkdaşlığın bərpası istisna edilmir"

Rusiya Federasiyasının birinci vitse-premyeri Denis Manturov, Rusiya ilə ABŞ arasında aviasiya sahəsində əməkdaşlığın bərpa olunmasının istisna...

Federasiyasının birinci vitse-premyeri Manturov, Rusiya ilə arasında aviasiya sahəsində əməkdaşlığın bərpa olunmasının istisna edilmədiyini, lakin mümkün əməkdaşlığın hansı formatda ola biləcəyi barədə danışmağın hələ tez olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

"Yəqin ki, aviasiya sahəsində əməkdaşlığın bərpası istisna edilmir. Amma bu əməkdaşlıq hansı sahədə və hansı formatda olacaq, bunu demək hələ tezdir", - o bildirib.

Bundan əvvəl Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və Rusiya Prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirmişdi ki, Rusiya ilə ABŞ arasında birbaşa aviareyslərin 2025-ci ilin sonuna qədər bərpa olunması mümkündür. ABŞ-ə uçuşlar üçün potensial mərkəzlərdən biri kimi Sankt-Peterburq nəzərdən keçirilir.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sözlərinə görə isə iki ölkə arasında uçuşların bərpası məsələsindən yalnız "Aeroflot" şirkəti sanksiyalardan çıxarıldıqdan sonra danışmaq olar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…