ABŞ Yəməndə Husilərə aid pilotsuz dəniz gəmisini vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvətlər Komandanlığı (CENTCOM) "X" sosial hesabında məlumat verib.
Bəyanatda bu hərəkətin ABŞ qüvvələrini qorumaq, naviqasiya azadlığını təmin etmək və beynəlxalq suları daha təhlükəsiz etmək üçün atıldığı qeyd edilib.