ABŞ İrana bağlı tanker və gəmilərə qarşı əməliyyatlarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" ABŞ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Amerika hərbçiləri Hind okeanında İrandan neft daşıyan bayraqsız "M/T Majestic X" gəmisinə daxil olaraq onu müsadirə ediblər.
Əməliyyat ABŞ-nin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında həyata keçirilib. Nazirliyin bəyanatında aşağıdakı məqamlar xüsusi vurğulanıb:
- Beynəlxalq sular sanksiyaya məruz qalan tərəflər üçün qalxan rolunu oynaya bilməz.
- Qeyri-qanuni şəbəkələrin və onların gəmilərinin dənizdə sərbəst hərəkətinin qarşısı qətiyyətlə alınacaq.
- İrana maddi dəstək verən gəmilərin fəaliyyəti harada olmasından asılı olmayaraq dayandırılacaq.
Qeyd edək ki, ABŞ qüvvələri bu cür əməliyyatlarla qeyri-qanuni ticarət şəbəkələrini sıradan çıxarmağı və sanksiyaların icrasını təmin etməyi hədəfləyir.