Əsas məzmuna keç

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır. Bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn “Azututyun” radiosuna...

Ermənistana zirehli "Təcili yardım" maşınları planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn “Azututyun” radiosuna müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir: “Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Maşınlar münaqişə zonasına daxil ola biləcəklər və həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar”.

Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…