ABŞ dövlət katibi Antoni Blinken bu gün Fələstinin inzibati mərkəzi Ramallaha səfər edəcək.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Al Hadath" telekanalına istinadən məlumat yayıb.
Blinkenin Ramallahdakı proqramı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Fələstinin rəhbər orqanları və prezident Mahmud Abbasın qərargahı bu şəhərdə yerləşir.