ABŞ dövlət katibi Antoni Blinken Qəzzada bir çox insanın əsas ehtiyaclara çatmaqda çətinlik çəkməyə davam etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bliken bu barədə "X" hesabında paylaşım edib.
"Qəzzada kişi, qadın və uşaqlar üçün vəziyyət ciddi olaraq qalır",- deyə Blinken qeyd edib.
Blinken, bölgədəki tərəfdaşları ilə Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərqə səfər etdiyini qeyd edib.
"Bunlar asan dialoqlar deyil, lakin həm Qəzzanın gələcəyi, həm də Qəzzanın gələcəyi üçün bu diplomatiyanı indi həyata keçirməyimiz həyati əhəmiyyət kəsb edir".