Əsas məzmuna keç

ABŞ-də uçuş zamanı təyyarənin qanadındakı flap qopdu

ABŞ-də uçuş zamanı təyyarənin qanadındakı flap qopdu

bununla bağlı CNN məlumat yayıb. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Belə ki, Delta Air Lines şirkətinə məxsus və Orlando Beynəlxalq Hava...

ABŞ-nin Texas ştatında 737 tipli bir təyyarənin qanadındakı flap enişdən əvvəl qopub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı CNN məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Belə ki, Air Lines şirkətinə məxsus və Orlando Beynəlxalq Hava Limanından Austin-Bergstrom Beynəlxalq Hava Limanına uçan 1893 saylı Boeing 737 reysi, 19 avqustda Texasa eniş etməzdən əvvəl təyyarənin qanadındakı flapın bir hissəsi qopub.

Eniş zamanı təyyarədə olan 62 sərnişin və heyət üzvündən heç kim xəsarət almayıb.

Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmaya başlayıb.

Delta Air Lines tərəfindən verilən açıqlamada, sol qanadındakı flapı qismən qopmuş təyyarənin texniki baxış üçün xidmətdən kənarlaşdırıldığı qeyd olunub.

Qeyd edək ki, flaplar təyyarənin qanadlarının arxa hissəsində hərəkətli hissələrdir və təyyarənin qalxışı və enişi zamanı qaldırma qüvvəsini artırmaq üçün istifadə olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…