Operativ Məlumat Mərkəzi

ABŞ-də silahlı şəxs polislərə hücum edib

1 dəq
Paylaş:
ABŞ-də silahlı şəxs polislərə hücum edib
silahlı cinayətkar öz evində ailəsini girov götürüb. Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib. Ştatın...

ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı cinayətkar öz evində ailəsini girov götürüb.

Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib.

Ştatın qubernatoru Tim Valts bildirib ki, təhlükədə olan ailəyə kömək edərkən iki polis və bir yanğınsöndürən həlak olub, digər zabitlər yaralanıb.

Onun sözlərinə görə, əməliyyat zamanı girovlardan heç biri xəsarət almayıb, cinayətkar hücum zamanı öldürülüb. Polis hələ ki, cinayətin motivini açıqlamayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər