Birləşmiş Ştatlarda “Minuteman III” qitələrarası ballistik raketin sınağı uğursuz olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sınaq buraxılışı zamanı aşkarlanan anomaliyaya görə raket Sakit okean üzərində məhv edilib.
Sınaq Kaliforniya ştatındakı Vandenberq bazasında keçirilib.
“Minuteman III” qitələrarası ballistik raketi mürəkkəb məlumattoplama qurğuları ilə təchiz olunub. ABŞ-ın Energetika Nazirliyi, Silahlı Qüvvələrin Strateji Komandanlığı (STRATCOM) və Pentaqon mütəxəssisləri bu məlumatlardan silahlanmada olan qitələrarası ballistik raketlərin hazırlığını və imkanlarını yoxlamaq üçün istifadə edirlər.
Raketlər, həmçinin anomal vəziyyət zamanı özünü məhvetmə komandası göndəriləcək xüsusi qurğu ilə təchiz edilib. Sınaqların məqsədi sistemin hazırlığını, effektivliyini və dəqiqliyini yoxlamaqdır.