ABŞ-də oğurlanan uşaq 73 il sonra tapılıb

ABŞ-də oğurlanan uşaq 73 il sonra tapılıb
24.09.2024 09:18
Aa
dəq

ABŞ-nin Kaliforniya ştatının Oklend şəhərində 1951-ci ildə qaçırılan altı yaşlı uşaq 73 ildən sonra tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KTSM portalı məlumat yayıb.

Luis Armando Albino qaçırıldığı gün parkda oynayırmış. Bir qadın ona yaxınlaşıb və şirniyyat alacağına söz verib. O, bunun əvəzinə uşağı oğurlayıb Şərq sahilinə aparıb. Orada cütlük onu övladı kimi böyüdüb.

Uşağın axtarışına polis, yerli ordu bazasının əsgərləri, sahil mühafizəsi xidməti və şəhərin digər əməkdaşları cəlb edilsə də, bunun heç bir nəticəsi olmayıb.

Yetmiş ildən artıq müddətdən sonra onu qardaşı qızı, 63 yaşlı Alida Alekin tapıb. O, əmisi, təqaüddə olan yanğınsöndürən və Vyetnamda xidmət etmiş dəniz piyadaları veteranı olduğu ortaya çıxan bir adamla 22 faiz uyğunluğu göstərən DNK testi edib.

Axtarışda köhnə fotoşəkillər və qəzet parçaları da kömək edib.

“Mən həmişə onu tapmaqda qərarlı idim. Mənim hekayəm eyni şeyi yaşayan digər ailələrə kömək edə bilər", - Alekin deyib.

FTB oğurluqla bağlı araşdırmaları davam etdirir.

Həftənin ən çox oxunanları

İsrail Hizbullahın onlarla hədəfinə hücum edib

İsrail Hizbullahın onlarla hədəfinə hücum edib
DAVAMIN OXU davamın oxu

Netanyahu Livan xalqına müraciət edib

Netanyahu Livan xalqına müraciət edib
DAVAMIN OXU davamın oxu

Mask Marsa pilotsuz gəmi göndərilməsinin vaxtını açıqlayıb

Mask Marsa pilotsuz gəmi göndərilməsinin vaxtını açıqlayıb
DAVAMIN OXU davamın oxu

Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı 274-ə çatıb

Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı 274-ə çatıb
DAVAMIN OXU davamın oxu

Rusiya Yaponiyanın hava sərhədini pozub

Rusiya Yaponiyanın hava sərhədini pozub
DAVAMIN OXU davamın oxu