Operativ Məlumat Mərkəzi

ABŞ-də Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək

1 dəq
Paylaş:
ABŞ-də Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək
Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və...

Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

“Nyu-Yorkda sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır”, - A.Hacızadə bildirib.

O, hazırda əlavə heç bir məlumat verə bilməyəcəyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər