Operativ Məlumat Mərkəzi

ABŞ-dan iddia : “İran üçün nüvə silahı yaratmaq daha asanlaşır”

1 dəq
Paylaş:
ABŞ-dan iddia : “İran üçün nüvə silahı yaratmaq daha asanlaşır”

İran nüvə silahı yaratmaq qabiliyyətini təkmilləşdirəcək tədqiqatlar aparmağa davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla belə, “The Wall Street Journal” öz mənbələrinə istinadən yazır ki, Amerika kəşfiyyatı Tehranın hazırda bu məsələyə “sadiq olmadığını” iddia edir.

İyul ayında ABŞ Milli Kəşfiyyat Direktoru Konqresə İranın istəsə, nüvə silahını daha tez inkişaf etdirməsinə imkan verəcək addımlar atacağı ilə bağlı qanunvericilərə xəbərdarlıq edən hesabat təqdim edib.

WSJ-nin həmsöhbətlərindən birinin fikrincə, İranın tədqiqatları Tehranın nüvə texnologiyasını inkişaf etdirməsinə mane olan elmi bilik çatışmazlığını aradan qaldıra bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər