Birləşmiş Ştatlar Çinə açıq siqnal göndərib ki, o, Tayvanda keçiriləcək prezident və parlament seçkilərinə istənilən müdaxilə və ya təsirə qarşıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Reuters bu barədə Bayden administrasiyasına istinadən xəbər verir.
Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti Vaşinqtonun seçkilərdə tərəf tutmadığını və prezidentlik yarışında favoriti olmadığını vurğulayıb.
“Biz Tayvan seçkilərinə hər hansı xarici müdaxiləyə və ya təsirə qarşıyıq... Kimin seçilməsindən asılı olmayaraq, bizim Tayvanla bağlı siyasətimiz eyni qalacaq və güclü qeyri-rəsmi əlaqələrimiz də davam edəcək”,- deyə vurğulanıb.
Rəsmi bildirib ki, Pekin “əlavə hərbi təzyiq və ya məcburiyyət tətbiq etmək qərarına gələrsə, təxribatçı olacaq”.
O, xəbərdarlıq edib ki, Tayvan boğazında sülh və sabitliyin pozulması "qlobal iqtisadiyyata ciddi ziyan vuracaq və bunun nəticələri bütün dünya ölkələrinin iqtisadiyyatına təsir edəcək".