Operativ Məlumat Mərkəzi

ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəklədiyini açıqlayıb

1 dəq
Paylaş:
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəklədiyini açıqlayıb
bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə danışıb. “ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və...

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında Moskvada baş tutacaq danışıqlara münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə danışıb.

“ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”, - o qeyd edib.

Xatırladaq ki, mayın 19-da Moskvada baş tutacaq görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər