Əsas məzmuna keç

ABŞ Avropanı hədələdi

ABŞ Avropanı hədələdi

ABŞ 2027-ci ilə qədər Vaşinqtonun avropalı müttəfiqləri blokun müdafiə xərclərinin daha böyük hissəsini öz üzərinə götürməsə, Avropanın NATO- nun bəzi...

2027-ci ilə qədər Vaşinqtonun avropalı müttəfiqləri blokun müdafiə xərclərinin daha böyük hissəsini öz üzərinə götürməsə, Avropanın NATO- nun bəzi müdafiə mexanizmlərində iştirakını dayandıracağı ilə hədələyib .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ mesajı bu həftə Vaşinqtonda NATO-ya nəzarət edən rəsmilərinin görüşü zamanı avropalı diplomatlara çatdırılıb .

Pentaqon rəsmiləri bəyan ediblər ki, ABŞ Avropanın müdafiə qabiliyyətini artırmaqda əldə etdiyi irəliləyişdən hələ də razı deyil.

Avropalı müttəfiqlər 2027-ci ilə qədər nəzərdə tutulan müddətə əməl edə bilməsələr, Vaşinqton alyansın bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra bilər.

Daha əvvəl bildirilmişdi ki, ABŞ 2027-ci ilə qədər xərclərinin böyük hissəsini kəşfiyyatdan tutmuş raketlərə qədər avropalılara keçirməyi planlaşdırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…