İranın xarici işlər naziri Abbas Əraqçi Pentaqonun İrana qarşı müharibə üçün əlavə olaraq 200 milyard dollardan çox maliyyə tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bununla bağlı "X" hesbaında paylaşım edib.
“Biz cəmi üç həftədir ki, həm iranlılara, həm də amerikalılara zorla qəbul etdirilmiş bu müharibədəyik. Bu 200 milyard dollar yalnız aysberqin görünən hissəsidir. Sadə amerikalılar tezliklə ABŞ iqtisadiyyatına zərbə vuracaq trilyon dollarlıq ‘İsrail hər şeydən əvvəl’ vergisinə görə Benyamin Netanyahuya və onun Konqresdəki tərəfdarlarına təşəkkür edə bilərlər”, - Əraqçi yazıb.
“Washington Post” qəzeti administrasiyadakı yüksək vəzifəli mənbəyə istinadən bildirib ki, bu məbləğ hərbi kampaniyanın dəyəri ilə bağlı əvvəllər açıqlanan rəqəmləri xeyli üstələyir.
ABŞ Müdafiə Nazirliyi və Ağ Ev bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.