ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş arasında mühüm telefon danışığı olub.
“Operativ Məlumat Mərkəzi-OMM” İran XİN rəhbərinin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, söhbət zamanı tərəflər son regional hadisələri və xüsusilə Livandakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığı əsnasında BMT-nin Baş katibi Fars körfəzi və Qərbi Asiyadakı vəziyyət, həmçinin gəmiçiliyin təhlükəsizliyi ilə bağlı öz fikirlərini açıqlayıb.
Abbas Əraqçi vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyəti regiondakı ümumi vəziyyətdən ayrı nəzərdən keçirmək olmaz. Çünki boğazda gəmiçiliyin pozulması birbaşa ABŞ və İsrail tərəfindən aparılan müharibənin nəticəsidir.