İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi son iqtisadi məhdudiyyətlərlə bağlı BMT-yə müraciət edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Əraqçi BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Vaşinqtonun tətbiq etdiyi iqtisadi məhdudiyyətləri “qanunsuz hücum” kimi qiymətləndirib və beynəlxalq təşkilatı bu addımlara qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
Əraqçi məktubunda BMT Təhlükəsizlik Şurası və digər aidiyyəti qurumların ABŞ tərəfindən həyata keçirilən iqtisadi təzyiq siyasətinə biganə qalmamalı olduğunu vurğulayıb.
İranlı nazirin sözlərinə görə, Vaşinqtonun atdığı addımlar beynəlxalq hüquq normalarına ziddir və regionda sabitliyi pozmaq potensialına malikdir.
Rəsmi Tehran məsələnin BMT səviyyəsində müzakirə olunmasını və ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərə qarşı müvafiq tədbirlərin görülməsini tələb edir.