Polşa, Moldova, Çexiya, Slovakiya, Estoniya, Latviya, Litva və Ukraynanın baş nazirləri böyük texnologiya şirkətlərini dezinformasiyaya qarşı tədbir görməyə çağırıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Litvanın baş nazirinin verdiyi bəyanatda bildirilib.
Bəyanatda Rusiyanın Ukraynaya qarşı cinayətlərinə haqq qazandırmaq üçün sosial mediadan sui-istifadə etdiyi vurğulanıb və böyük texnologiya şirkətlərini dezinformasiyaya qarşı tədbir görməyə çağırıb.
Sosial medianın yalan və manipulyasiya edilmiş məlumatların yayılması üçün güclü bir kanal olduğu vurğulanan bəyanatda: "Böyük texnologiya şirkətləri ayıq olmalı və bu məqsədlərə çatmaq üçün bir vasitə kimi istifadə edilməsinə qarşı durmalıdırlar".- deyə qeyd olunub.